18.11.2023

Məktəblilər arasında riyaziyyat fənni üzrə müsabiqə keçirilib

Noyabrın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə cari tədris ilində ümumi təhsil müəssisələrində formalaşdırılan istedad siniflərinin və Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey və S.Vurğun adına 16 nömrəli tam orta məktəbin 5-ci siniflərində təhsil alan şagirdlər üçün riyaziyyat müsabiqəsi keçirilib.

Onlayn formada kompüter üsulu ilə həyata keçirilən müsabiqədə 242 nəfər şagird iştirak edib və şagirdlərə riyaziyyat fənni üzrə biliklərin yoxlanılması məqsədilə 30 test tapşırığı təqdim olunub.

İstedad siniflərinin yaradılmasında məqsəd istedadı və bilik-bacarığı ilə seçilən şagirdlərin bir sinifdə təhsil almasıdır. İstedad sinifləri 2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 şəhər və 5 rayonun pilot olaraq seçilmiş ümumi təhsil müəssisələrinin 5-ci siniflərində təşkil olunub.

Eləcə də riyaziyyat müsabiqəsinin keçirilməsində məqsəd yaradıcı istedadı və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasına hazırlığını təmin etməkdən ibarətdir.

Qeyd edəki, riyaziyyat-məntiq fənləri üzrə müsabiqə və yarışların cari tədris ili üzrə mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,