30.11.2023

“Fövqəladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması” ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir

Noyabrın 30-da Mərkəzi Aran Regional Təhsil İdarəsində “Fövqaladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması” ilə bağlı daha bir maarifləndirici tədbir keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva və Nizami Fərəcov, regional təhsil idarəsinin struktur bölmə rəhbərləri və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndərin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözləri ilə açan təhsil idarəsinin müdiri Elçin Kərimov təhsil müəssisələrində fövqəladə hallar zamanı müəllim-şagird heyəti tərəfindən davranış qaydalarına düzgün riayətin olunması və bu istiqamətdə mütəmmadi maarifləndirici tədbirlərin təşkil olunmasını vurğulayıb.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva və Nizami Fərəcov fövqəladə hallar zamanı davranış, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat veriblər, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər barədə danışıblar.

Sonda fövqəladə hallar zamanı baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,