Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov dekabrın 20-də Ağdaşda, müdir müavini Cavad Cavadov isə dekabrın 19-da Ucarda həmin rayonlar üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.
Qeyd olunan rayonların sakinləri 14-18 dekabr 2023-cü il (saat 18:00-dək) tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (merkeziaranrti@gmail.com) etməklə, Ağdaş rayonu üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla (müvəqqəti olaraq Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir) və Ucar rayonu üzrə təhsil sektorunun (+99420) 213-02-14 nömrəli əlaqə telefonu ilə əlaqə saxlaya və eyni zamanda rəsmi “WhatsApp” xidmətinə (0518679571) müraciət etməklə qəbula yazıla bilərlər.