18.12.2023

İdarə müdirinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun 20 dekabr 2023-cü il tarixində Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Vətəndaş qəbulunun keçiriləcəyi tarix, eyni zamanda müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Əlavə olaraq bildiririk ki, Mərkəzi Aran RTİ-nin müdir müavini Cavad Cavadovun 19 dekabr 2023-cü il tarixində Ucar şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun saatı 15:00-a dəyişdirilib.


Açar sözlər: