07.01.2024

İdarə müdiri Ağdaşda vətəndaşları qəbul edəcək

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov yanvarın 10-da Ağdaşda həmin rayonlar üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.

 

Qeyd olunan rayonların sakinləri 08 yanvar 2024-cü il (saat 18:00-dək) tarixinədək Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (merkeziaranrti@gmail.com) etməklə, Ağdaş rayonu üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla (müvəqqəti olaraq Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir) və eyni zamanda rəsmi “WhatsApp” xidmətinə (+994508679571) müraciət etməklə qəbula yazıla bilərlər.

 

Qeyd edək ki, idarə müdirinin vətəndaş qəbulunda iştirakla bağlı öncədən müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.