08.01.2024

Ümumi təhsil müəssisələrinin direktor və fənn müəllimləri ilə görüşlər davam edir

Yanvarın 8-də Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə Kürdəmir rayonunun 30 məktəb direktoru, buraxılış imtahan fənlərinin müəllimləri və IV siniflərdə tədris aparan sinif müəllimləri ilə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rafəel Məmmədov, struktur bölmənin əməkdaşları, məktəb direktorları və fənn müəllimləri iştirak edib.

Görüşdə çıxış edən təhsil idarəsinin müdir müavini Cavad Cavadov Kürdəmir rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ilində əldə etdiyi nəticələrindən və bir sıra cari məsələlərdən danışıb. Cavad Cavadov təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu qeyd edib, həmçinin tədrisin təşkilində məktəb rəhbərlərinin və fənn müəllimlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qarşıda duran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Görüşün keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılmasından, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.

Qeyd edək ki, belə görüşlərin Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi digər şəhər və rayonlarda da təşkil olunması nəzərdə tutulur.


Açar sözlər: ,  ,  ,