10.01.2024

Təhsil İdarəsinin müdiri Ağdaşda vətəndaşları qəbul edib

Yanvarın 10-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ağdaş rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.


Açar sözlər: