Yanvarın 10-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ağdaş rayonu üzrə təhUcar şəhər 2, 4, 6 nömrəli körpələr evi-uşaq bağçasında və Ucar rayonunda məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə yerləşən məktəbəqədər təhsil müəssisəsində, eləcə də Ağdaş rayonu üzrə təhsil sektorunun əsaslı təmir-bərpa olunan inzibati binasında yaradılan şəraitlə tanış olub.
Təhsil İdarəsinin müdiri ilk olaraq əsaslı təmir-bərpa olunan Ağdaş rayonu üzrə təhsil sektorunun inzibati binasına baş çəkib, tikinti-quraşdırma və konstruksiya işləri ilə bağlı yaxından tanış olub.
Daha sonra Ucar rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən məktəbəqədər təhsil müəssisəsində və Ucar şəhərinin 2, 4, 6 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Həmçinin məktəbəqədər təhsil müəssisələrinin maddi-infrastruktur bazasına, eləcə də istilik təminatına yaxından baxış keçirilib.
Qeyd edək ki, yeni salınmış qəsəbədə yerləşən məktəbəqədər təhsil müəssisəsi iki mərtəbəli 100 yerlikdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.