11.01.2024

Coğrafiya fənn aylığına dair “Aysberq” adlı bilik yarışı keçirilib

Yanvarın 11-də Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət coğrafiya fənn aylığına dair “Aysberq” adlı bilik yarışı keçirilib.

Bilik yarışından öncə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Bilik yarışında hər rayon (şəhər) üzrə 1 komanda və 5 nəfər olmaqla təmsil olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov çıxış edərək yarış iştirakçılarını salamlayıb və komandalara uğurlar arzulayıb.

Maraqlı və gərgin keçən yarışda Kürdəmir rayon komandası I yerə, Zərdab rayon komandası II yerə və Yevlax rayon komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə cari tədris ilinin dekabr ayı ümumi təhsil müəssisələrində coğrafiya aylığı elan olunub. Qeyd edək ki, cari tədris ili üzrə Fəaliyyət Planına uyğun olaraq digər ayların müvafiq fənn aylığı elan olunması nəzərdə tutulur. Fənn aylığı çərçivəsində “Tədbirlər Planı”na uyğun olaraq müxtəlif tədbirlərin, “açıq dərs”lərin, fənn dərsdinləmələrinin, müxtəlif yarış və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,