09.02.2024

İcma əsaslı məktəbəqədər təhsil qruplarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlı görüş keçirilib

Fevralın 9-da Mərkəzi Aran Regional Təhsil İdarəsində regionun əhatə etdiyi şəhər və rayonlarda icma əsaslı məktəbəqədər təhsil qruplarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlı koordinatorlarla görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, sektorun əməkdaşları və bu sahə üzrə məsul olan koordinatorlar iştirak edib.

Təhsil idarəsinin müdiri Elçin Kərimov layihənin əhatə dairəsinin genişləndirilməsi ilə region üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılmasını və ucqar ərazilərdə keyfiyyətli təhsilin həyata keçirilməsinin zəruriliyini bildirib.

Daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 şəhər və 6 rayonda 102 icma əsaslı məktəbəqədər təhsil qrupunda 1618 nəfər 3-4 yaşlı uşaq bu qruplardakı məktəbəqədər məşğələlərdən faydalanırlar.

Layihənin məqsədi uşaqların 4 inkişaf sahəsini: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf - əhatə etməkdir.