Fevralın 16-da Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
Qeyd edək ki, adıçəkilən vəzifələrə işə qəbul müsabiqəsinin sənəd qəbulu prosesində iştirak edən 71 namizədin sənədləri yoxlanılmış, müvafiq vəzifənin tutulması tələb və şərtlərini ödəyən 45 nəfər namizəd test imtahanı mərhələsində iştirak etmək hüququ qazanıb.
Test imtahanı mərhələsi Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbdə (ünvan: Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3a) təşkil olunacaq.
İmtahan saat 11:00-da başlayacaq və kompüter üsulu ilə təşkil olunacaq. İmtahanda iştirak edəcək namizədlərin imtahan keçiriləcək mərkəzə 1 saat əvvəl gəlmələri xahiş olunur.
İmtahanda namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 5, ümumi dünyagörüşünün yoxlanılması üzrə 10, müvafiq vəzifə üzrə 15 sual olmaqla, ümumilikdə 30 test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt veriləcək.
Namizədlər imtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək namizədlərə qeydiyyatdan keçdikləri əlaqə nömrələri vasitəsilə məlumat bildirilib.
Bundan əlavə olaraq qeyd edirik ki, növbəti vaxtlarda laborant, uşaq birliyi təşkilatı rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxanaçı, kitabxana müdiri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin digər mərhələləri barədə məlumat bildiriləcək.
Həmçinin namizədlər aşağıdakı linkə keçid etməklə test imtahanının yaddaş kitabçası və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər:
Yaddaş kitabçası: https://ref.az/34SFi4G
Ədəbiyyat siyahısı: https://ref.az/2tF61PV
Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!