Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan Maliyyə-iqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən mərkəzləşdirilmiş mühasibatlığın mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində 22 nəfər iştirak edib.
İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində məntiqi təfəkkürün yoxlanılması üzrə 5, müvafiq vəzifə üzrə 25 sual olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim edilib.
Qeyd edək ki, test imtahanının nəticələri barədə yaxın günlərdə namizədlərə məlumat bildiriləcək.
Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!