21.02.2024

Voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında təşkil olunan region birinciliyinə yekun vurulub

Fevralın 21-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında təşkil olunan voleybol və basketbol idman növləri üzrə region birinciliyinin final mərhələsi təşkil olunub.

Mingəçevir şəhər Kür olimpiya tədris-idman mərkəzində keçirilən yarışda Mingəçevir Şəhər İcra Hakimiyyətinin İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, struktur bölmə rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak edib.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yarışı giriş sözləri açan Təhsil İdarəsinin müdiri Elçin Kərimov gələn qonaqları salamlayıb və yarış haqqında ümumi məlumat bildirərək iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda idmana göstərilən diqqət və qayğının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və daha sonra komandalara uğurlar arzulayıb.

Maraqlı və gərgin keçən yarışda basketbol və voleybol idman növləri üzrə Mingəçevir şəhərinin qızlar və oğlanlardan ibarət komandası 1-ci yerə layiq görülüb.

Yarışda Mingəçevir şəhər məktəblilərin ifasında müxtəlif rəqs nümunələri təqdim edilib.

Sonda qalib komandalar Mərkəzi Aran Regional Təhsil İdarəsinin diplom və kuboku ilə təltif olunub.

Qeyd edək ki, 2 mərhələdə təşkil olunan regional birincilikdə 18 komanda olmaqla, 500-ə yaxın şagird iştirak edib. Yarışın keçirilməsində məqsəd idmançıların yarış və peşəkarlıq səviyyələrinin artırılması, voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, bacarıqlı və perspektivli yeniyetmə idmançıların aşkar edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,