22.02.2024

Şəhər və rayonlarda valideynlərlə görüşlər keçirilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonun ümumi təhsil müəssisələrində övladı təhsil alan valideynlərlə görüşlər keçirilir.

Görüşlərdə müvafiq struktur bölmənin rəhbərləri və əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Keçirilən görüşdə müəllim-valideyn münasibətlərindən, həmçinin müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki mühüm rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən bəhs edilib.

Görüşlər zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, valideynlərlə bu cür görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak etmək istəyən valideynlər övladının təhsil aldığı şəhər və rayonun tabe olduğu təhsil sektoruna müraciət edə bilərlər.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılması, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.