21.02.2024

Təhsil İdarəsində Fəaliyyət Planının müzakirəsi aparılıb

Fevralın 21-də Mərkəzi Aran Regional Təhsil İdarəsində yerli təhsili idarəetmə orqanının Fəaliyyət Planının müzakirəsi aparılıb.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak edib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qarşıda duran məsələlər, İdarənin strukturuna daxil olan qurumların fəaliyyət planı və bu istiqamətdə görüləcək işlərdən danışıb.

Qeyd edək ki, Fəaliyyət Planında təhsilverənlərin peşəkar inkişafı istiqamətində görüləcək işlər, insan resurslarının düzgün təşkili, təhsil sisteminin idarəolunması və təşkili istiqamətində atılacaq addımlar, vətəndaş qəbulunun tənzimlənməsi, alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyinin artırılması, sosial media və kommunikasiya tədbirləri və digər məsələlər yer alıb.


Açar sözlər: