22.02.2024

277 müəllim TALIS 2024 tədqiqatının əsas mərhələsinin keçirilməsi ilə bağlı sorğuda iştirak edib

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 15 ümumi təhsil müəssisəsində çalışan 277 nəfər müəllim beynəlxalq sorğuda iştirak edib.

Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir.

Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllim və məktəb direktorlarının peşəkar inkişafı, eləcə də onların təhsilə dair yanaşmalarını anlamaq, iş, tədris təcrübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə təşkil olunur.


Açar sözlər: ,