27.02.2024

Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

Fevralın 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan Maliyyə-iqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən mərkəzləşdirilmiş mühasibatlığın mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Mərkəzi Aran RTİ-nin inzibati binasında keçirilən müsahibədə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanan 8 namizəd iştirak edib.

Müsahibə mərhələsində namizədlərin müvafiq vəzifə üzrə nəzəri və praktik bilikləri, ümumi dünyagörüşü yoxlanılıb.


Açar sözlər: