29.02.2024

Ağdaşda təsviri incəsənət fənni üzrə nümunəvi dərs təşkil olunub

Fevralın 29-da Ağdaş şəhər M.İsayev adına tam orta məktəbdə təsviri incəsənət fənni üzrə nümunəvi dərs keçirilib.

Keçirilən dərsdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova, struktur bölmənin əməkdaşları və məktəbin pedaqoji heyəti iştirak edib.

Nümunəvi dərsdə boyakar, teatr rəssamı Böyükağa Mirzəzadənin füsunkar rənglər dünyası ilə bağlı, eləcə də qruplar şəklində şagirdlərə müxtəlif rəsm işlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Sonda şagirdlərin çəkdikləri rəsm əsərləri müzakirə olunub və müvafiq meyarlar əsasında qiymətləndirilməsi aparılıb.

Qeyd edək ki, dərsin məqsədi şagirdlərdə estetik zövq formalaşdırmaq, fənn üzrə xüsusi qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, keçirilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsinin artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,