01.03.2024

Laborant (fizika, kimya və biologiya fənləri üzrə) vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Martın 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan laborant (fizika, kimya və biologiya fənləri üzrə) vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 115 nəfər iştirak edib.

İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə 10 və müvafiq vəzifə üzrə 15 sual olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub.

Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplamış (keçid balı – 15 bal) namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Bundan əlavə olaraq qeyd edirik ki, növbəti vaxtlarda kompüter (informatika) laborantı, uşaq birliyi təşkilatı rəhbəri və katibə-makinaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin digər mərhələləri barədə məlumat bildiriləcək.

Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,