Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsində Mərkəzi Aran Regional Məşğulluq filialının rəhbər və əməkdaşları ilə işlə təminat prosesinin vakansiya bankı üzərindən həyata keçirilməsinə dair görüş keçirilib.
Görüşdə təhsil müəssisələrinə işə qəbul prosesinin Regional Məşğulluq filialı tərəfindən verilən göndəriş əsasında həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb və müvafiq razılıq əldə edilib. Belə ki, Regional Təhsil İdarəsinin tabeliyində olan tədrisə yardımçı və digər pedaqoji heyət vəzifələri istisna olmaqla, texniki heyət vəzifələri üzrə yaranmış vakansiyalar müvafiq dövlət orqanı tərəfindən yaradılmış alt sistemə daxil edilir. Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən həmin vakant vəzifələr üzrə uyğunluq gözlənilməklə namizədin işə qəbul edilməsi üçün göndəriş verilir. Göndərişi alan şəxsin işə qəbulu qanunvericiliyin tələblərinə uyğun olaraq tabelikdə olan təhsil müəssisəsinin rəhbəri tərəfindən əmrləşdirilir.