05.03.2024

Ucar məktəbliləri “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibi olublar

Martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə V-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" respublika müsabiqəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 2 nəfər şagird qalib olub.

 

Qeyd edək ki, sözügedən müsabiqənin finalında Mərkəzi Aran RTİ üzrə 9 nəfər şagird iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.

 

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

 

Qalibləri Sizlərə təqdim edirik:

 

I yer – Əşrəfov Kamil Nəriman oğlu – Ucar şəhər 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi

 

I yer – İsmayılova Məlahət Rövşən qızı – Ucar şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi

 

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsində iştirak edən və qalib olan bütün şagirdləri təbrik edir və hər birinə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,