05.03.2024

Yevlaxda fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri keçirilir

Martın 4-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan fənn müəllimlərinə “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində görüş keçirilib.

800-ə yaxın müəllimin iştirak etdiyi tədbirin əsas məqsədi təhsilverənləri tədris etdikləri fənlər üzrə təkmilləşdirilmiş kurikulum sənədləri ilə tanış etmək və təkmilləşdirmədə nəzərə alınmış əsas məsələlər üzrə qarşılıqlı müzakirələr aparmaqdan ibarətdir.

Qeyd edək ki, 2 gün davam edəcək tədbirə riyaziyyat, kimya, biologiya, təbiət, həyat bilgisi, Azərbaycan dili, coğrafiya fənləri üzrə müəllimlər dəvət olunub.