Martın 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri olan məktəblilərlə görüşüb.
Görüşdə Təhsil İdarəsinin müdiri uğur qazanan şagirdləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdan ibarətdir.
Qeyd edək ki, martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə V-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" respublika müsabiqəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 2 nəfər şagird qalib olub.