14.03.2024

Kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Martın 14-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 22 nəfər iştirak edib.

İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə 10 və müvafiq vəzifə üzrə 15 sual olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub.

Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,