15.03.2024

Kitabxanaçı (kitabxana müdiri) və təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb

Martın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan kitabxanaçı (kitabxana müdiri) və təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Mərkəzi Aran RTİ-nin inzibati binasında keçirilən müsahibədə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 13 nəfər namizəd iştirak edib.

Qeyd edək ki, müsahibəyə ilk olaraq şəhid ailəsinin üzvləri, Qarabağ (Vətən) müharibəsi veteranları (iştirakçıları), müharibədə əlillik dərəcəsi almış şəxslər və onların ailə üzvləri dəvət olunub.

Həmçinin müsahibənin növbəti turunda boş qalan vakant vəzifələrə test imtahanında keçid balını toplayan digər namizədlər dəvət olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, şəxsi və psixoloji keyfiyyətləri, ümumi dünyagörüşü yoxlanılır.


Açar sözlər: ,