19.03.2024

Laborant (fizika, kimya və biologiya fənləri üzrə) vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb

Martın 19-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan laborant (fizika, kimya və biologiya fənləri üzrə) vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Mərkəzi Aran RTİ-nin inzibati binasında keçirilən müsahibədə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 10 nəfər namizəd iştirak edib.

Qeyd edək ki, müsahibəyə ilk olaraq şəhid ailəsinin üzvləri, Qarabağ (Vətən) müharibəsi veteranları (iştirakçıları), müharibədə əlillik dərəcəsi almış şəxslər və onların ailə üzvləri dəvət olunub.

Həmçinin müsahibənin növbəti turunda boş qalan vakant vəzifələrə test imtahanında keçid balını toplayan digər namizədlər dəvət olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, şəxsi və psixoloji keyfiyyətləri, ümumi dünyagörüşü yoxlanılır.


Açar sözlər: ,