06.04.2024

Dərnək rəhbərlərinin hesabatları dinlənilir

Aprelin 5-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsinə başlanılıb.

Görüşdə yerli rayon (şəhər) təhsil sektorlarının əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və dərnək rəhbərləri iştirak edir.

Ümumi təhsil müəssisələrində dərnəklər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın təsdiq edilməsi barədə 20.06.2022-ci il tarixli F-382 nömrəli əmrinə əsasən təşkil olunur. Həmin qaydalara əsasən illik qiymətləndirilmə nəticəsinə görə fəaliyyəti qənaətbəxş hesab edilməyən dərnək istiqaməti növbəti tədris ilində təşkil edilmir. Həmçinin dərnək rəhbəri kimi fəaliyyəti qənaətbəxş hesab edilməyən şəxs barədə müvafiq intizam tənbeh tədbiri görülür və həmin şəxs növbəti tədris ilində müvafiq dərnək istiqaməti üzrə dərnək rəhbəri təyin edilmir.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonların ümumi təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin hesabatlarının dinlənilməsi davam etdirilir.


Açar sözlər: ,