23.04.2024

Kürdəmirdə kitab festivalı keçirilib

Aprelin 23-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Kürdəmir şəhər Heydər Əliyev adına parkda kitab festivalı keçirilib.

Festivalda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Vəsilə Əsgərli, Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Təhsilin İnkişafı Fondunun əməkdaşı Ramin Cəfərov, regional təhsil idarəsinin struktur bölmə rəhbərləri, məktəb direktorları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şagirdlər iştirak edib.

Keçirilən festivalda 250-yaxın kitab sərgisi təqdim olunub, əl işləri nümayiş olunub.

Festival şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Festivalın keçirilməsində məqsəd şagirdlərin kitaba və bədii qiraətə olan mütaliə marağının artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,