24.04.2024

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub

Aprelin 24-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan VI sinif şagirdləri üçün monitorinq imtahanlarına hazırlıq məqsədilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə sınaq imtahanı keçirilib.

Sınaq imtahanına hər bir şəhər və rayon üzrə 9796 nəfər şagird cəlb edilib.

Sınaq imtahanında şagirdlərə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə 75 test tapşırığının cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

Sınaq imtahanı şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılması məqsədilə təşkil olunub.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.


Açar sözlər: ,