06.05.2024

Məktəblilərimiz avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasında uğur qazanıb

01-03 may 2024-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatası keçirilib.

 

01 may Suqovuşanda, 02-03 may tarixlərində isə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda 7 nəfər Mingəçevir məktəblisi qalib olub.

 

Qızıl medal - Hacızadə Əlimurad Rəşad oğlu, Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi – (2008-2009) təvəllüdlər arasında Kayak-1 (tək nəfərlik) avarçəkmə növü üzrə 500 metr məsafə;

 

Gümüş medal - Məlikov Niyaz Elmanoviç, Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin X sinif şagirdi - (2008-2009) təvəllüdlər arasında Kayak-2 (iki nəfərlik) avarçəkmə növü üzrə 1000 metr məsafə;

 

Gümüş və bürünc medal - Əhmədov Qiyas Xalid oğlu, Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəbin X sinif şagirdi - (2008-2009) təvəllüdlər arasında Kayak-1 (tək nəfərlik) avarçəkmə növü üzrə 200 metr məsafə və Kayak-2 (iki nəfərlik) avarçəkmə növü üzrə 500 metr məsafə;

 

Gümüş və bürünc medal - Babayev Vacib Elşən oğlu, Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi - (2008-2009) təvəllüdlər arasında Kayak-2 (iki nəfərlik) avarçəkmə növü üzrə 200 və 500 metr məsafə;

 

Bürünc medal - Ramazanov Amil Akif oğlu, Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin X sinif şagirdi - (2006-2007) təvəllüdlər arasında Kayak-1 (tək nəfərlik) avarçəkmə növü üzrə 200 metr məsafə;

 

Bürünc medal – Fərhadlı Sərhad Yaşar oğlu, Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin VIII sinif şagirdi – (2010-2011) təvəllüdlər arasında Kayak-2 (iki nəfərlik) avarçəkmə növü üzrə 200 metr məsafə;

 

Bürünc medal – Məmmədzadə İbrahim Emil oğlu, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin VIII sinif şagirdi – (2010-2011) təvəllüdlər arasında Kayak-2 (iki nəfərlik) avarçəkmə növü üzrə 200 metr məsafə.

 

Qeyd edək ki, mayın 3-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılıb, kuboklar sahiblərinə təqdim edilib.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasında qalib olan məktəbliləri təbrik edir, onlara uğurlar arzulayır!


Açar sözlər: ,