15.05.2024

Musiqi rəhbərlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə başlanılıb

Mayın 14-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Müsahibə mərhələsinə təyin olunmuş qrafikə uyğun olaraq 59 nəfər namizədin dəvət olunması nəzərdə tutulur.

Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, psixoloji vəziyyəti, vəzifə üzrə nəzəri və praktiki bilikləri komissiya tərəfindən yoxlanılır.

Qeyd edək ki, müsahibə mərhələsində 2 və daha çox namizəd uğur qazandığı halda ilk olaraq şəhid ailəsinin üzvlərinə, həyat yoldaşı və ya özü Vətən müharibəsi iştirakçısı olanlara üstünlük veriləcək.


Açar sözlər: