03.06.2024

1703 nəfər təhsilverən sertifikasiyaya cəlb olunacaq

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-cü ildə sertifikasiyaya 1703 nəfər təhsilverən cəlb olunacaq.

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edəcək bütün təhsilverənlərə uğurlar arzulayır!


Açar sözlər: ,