05.06.2024

Mingəçevirdə təhsilverənlərin sertifikasiyası prosesinin test imtahanı mərhələsinə cəlb olunmuş bir qrup nəzarətçi ilə görüş

İyunun 5-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin təşkili ilə bağlı bir qrup nəzarətçi ilə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və təyin olunmuş imtahan nəzarətçiləri iştirak edib.

Görüş zamanı təhsil idarəsinin müdiri Elçin Kərimov sertifikatlaşdırma prosesinin təşkili və imtahanın qaydalara uyğun və şəffaf keçirilməsi ilə bağlı nəzarətçilərin üzərinə düşən məsuliyyət, eyni zamanda diqqət göstərilməli olan məqamları qeyd edib.

Daha sonra imtahan prosesinə cəlb olunmuş nəzarətçilərin sualları cavablandırılıb.

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Mərkəzi Aran Regional Təhsil İdarəsi bu prosesdə iştirak edəcək təhsilverənlərə uğurlar arzulayır.

Daha sonra cari il üzrə təhsilverənlərin sertfikatlaşdırılması imtahanı keçiriləcək Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin binasına baxış keçirilib və orada yaradılan şəraitlə tanış olunub.


Açar sözlər: ,