13.06.2024

Mərkəzi Aran RTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 15 309 şagird bitirir

2023-2024-cü tədris Mərkəzi Aran RegionalTəhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 9 262, XI siniflərini isə 6 047 şagird bitirir.

Ümumi təhsil müəssisələrinin I sinfini 8 213 nəfər başa vurur.

Cari tədris ilində Mərkəzi Aran RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 97 173 şagird təhsil alır.

Mərkəzi Aran RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ümumilikdə, 10 433 müəllim fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində ümumi təhsil məktəbində fəaliyyət göstərən məktəbəhazırlıq qrupuna 6 451 uşaq cəlb olunub.

Qeyd edək ki, Mərkəzi Aran RTİ-nin tabeliyində 349 ümumi, 164 məktəbəqədər və 14 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, 527 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,