25.07.2024

5 məzun qızıl və gümüş nişana layiq görülüb

2023-2024-cü tədris ilinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 3-ü qızıl, 2-si isə gümüş nişana layiq görülüb.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin məzunu Musayev Taleh Valeh oğlu, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbin məzunu Muradlı Atilla Ehtiram oğlu, Zərdab rayonu Şahhüseynli kənd C.Azayev adına tam orta məktəbin məzunu Dəmirova Nizganə Səhrab qızı qızıl, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Həsənli Rəsul Zaur oğlu və Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin məzunu Şirinova Nərgiz Mehdi qızı isə gümüş nişanla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Məzunlarımızı təbrik edir, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!


Açar sözlər: ,