16.08.2024

İdarə müdiri Ağdaşda vətəndaşları qəbul edəcək

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov avqustun 23-də Ağdaşda həmin rayon üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.

Qeyd olunan rayonun sakinləri 16-22 avqust 2024-cü il (saat 17:00-dək) tarixinədək Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (merkeziaranrti@gmail.com) etməklə, Ağdaş rayonu üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla və eyni zamanda rəsmi “WhatsApp” xidmətinə (0518679571) müraciət etməklə qəbula yazıla bilərlər.


Açar sözlər: