Yevlaxın Tanrıqulular kənd tam orta məktəbində SSRİ idman ustası, çoxlu sayda yarışların və çempionatların iştirakçısı olan Qabil Cəfərovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə turnir start götürdü.
Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən xatirə turnirində respublikanın Qax, Ağdam, Bərdə, Ağdam, Göyçay və Yevlax şəhərlərindən 160 yaxın güləşçi mübarizə aparır. Uşaq və yeniyetmə pəhləvanların mübarizə apardığı yarış iki gün davam edəcək. “Bu günlərdə yeniyetmə idmançıların inkişaf etməsidir, onların idman ustalıqlarının artırılmasıdır, həm də Qabil müəllimin xatirəsini əbədləşdirməkdir” deyə Yarışın baş hakimi Şöhrət Şükürov bildirib.
Turnirin sonunda qaliblərə Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlar və medallarla mükafatlandırılacaq. Ümumi komanda hesabında ilk yeri tutan komandaya isə kubok veriləcək