11.05.2016

Yuxarı Qarxun kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

10.05.2016-cı il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Abdurəhimova Ruqiyyə müəllimə bildirdi ki, bu gün müstəqil, qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu və inkişafı üçün Heydər Əliyevin çox böyük rolu olub. O, həm Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə, həm də 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə baş verən hadisələrə, ictimai-siyasi xaosa, vətəndaş qarşıdurmasına son qoyaraq dövlətin məhv olmaq təhlükəsinin qarşısını alıb. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli liderin gə rgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan daha da güclənib. Heydər Əliyevin yürütdüyü siyasət, həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı islahatlar nəticəsində ərazi bütövlüyümüzü qorumağa qadir qüdrətli silahlı qüvvələr yaranıb, əhalinin rifahı yaxşılaşıb, ölkə iqtisadiyyatı inkişaf edib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov çıxışında görkəmli dövlət xadimi və müdrik siyasətçi, ümummilli lider H.Əliyevin ömür yolundan, onun Azərbaycan xalqı və dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışdı. H.Əliyevin tarixin Azərbaycan xalqına bəxşetdiyi nadir şəxsiyət, əsl lider və sərkərdə olmağı ilə yanaşı, həm də bütün dünyada sayılıb-seçilən bacarıqlı dövlət xadimi və dahi siyasətçi olduğunu vurğuladı. Məktəbin tarix müəllimləri Musayev Rəşad, Baxışova Sevdayə öz çıxışlarınd a Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub-saxlanılmasındakı yorulmaz fəaliyyətindən, dövlət quruculuğu prosesinin müxtəlif sahələrində həyata keçirdiyi islahatlardan söz açdılar, ümummilli liderin xilaskarlıq missiyasından, elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar. Sonda isə şagirdlərin tədbir haqqında hazırladıqları şeirlər səsləndi.