23.05.2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin həyətində biologiya fənni üzrə Hüseynova Fərqanə müəllimənin rəhbərliyi ilə "Güclü işıqlandırmanın canlılara təsiri" mövzusunda ekskursiya təşkil edildi. Məqsəd güclü işıqlandırmanın canlılara təsirini müşahidə etmək və öyrənmək. şagirdlərdə mövzu ətrafında müəyyən bilik, bacarıq və vərdişlər formalaşdırmaqdır.
Işə başlamazdan əvvəl ekskursiyanın aparılması haqqında şagirdlərə təlimat verildi, ekskursiyanın mövzusu, məqsədi onlara aydın şəkildə izah olundu. Ekskursiyada məktəbin VIII B sinif şagirdləri fənn müəlliminin verdiyi tapşırıqlar əsasında araşdırma apardılar, fotoaparat və videokameradan istifadə etməklə topladığı nümunələrə əsasən ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırladılar. Nəticələr müzakirə olunaraq yekun fikrə gəlindi və bununla da qarşıya qoyulmuş məqsədə nail olundu