25.05.2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini (Təşkilatçı) Bərxudarov Camal, Psixoloq Əhmədova Mehri, müəllimlərdən Mustafayeva Sevda, Baxışova Sevdayə, Məmmədova Naibə, Əhmədova Zeynəb, Süleymanova Nüşabə, Mustafayeva Validə, şagirdlər iştirak etdilər.
Tədbirə giriş sözü ilə başlayan məktəbin tərbiyə işləri üzrə direktor müavini Bərxudarov Camal tədbirin mövzusu, məqsədibarədə tədbir iştirakçılarını məlumatlandırdı. Bərxudarov Camal 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş 404-II KQ nömrəli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”ndan çıxış edərək, İnsan hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi, İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri, Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər və bu sahədə görülən işlərdən danışdı. Sonra psixoloq Əhmədova Mehri çıxında İnsan hüquq və azadlıqları, Uşaq konvensiyasının maddələrində bəhs olunan məsəllər haqqında geniş məlumat verdi. Müəllimlərin, şagirdlərin fikirləri səsləndi, tədbir iştiakçılarını maraqlandıran suallar cavablandırıldı.
.