27.05.2016

GİMİD İB növbəti tədbirini Yevlaxda keçirdi

 

26 May 2016-cı il tarixindəYevlax rayonu Xaldan kənd tam orta məktəbində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əsl İslam və İslamafobiya” adlı maarifləndirici tədbirlərin təşkili adlı layihəyə start verdi.

Tədbiri məktəbin direktoru, əməkdar müəllim Şahin Kərimov giriş sözü ilə açaraq qonaqları salamladı və bu kimi əhəmiyyətli tədbirlin keçirilməsinin gənclər üçün vacib məsələ olduğunu nəzərə çatdırdi.

Daha sonra  ictimai birliyin sədri Elçin Manafov tədbir iştirakçılarına ictimai birlik tərəfindən həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib və bu kimi layihələrin məqsədi milli-mənəvi dəyərlərimizi yad ünsürlərdən qorumalı olduğumuzun vacibliyini qeyd elədi.

Tədbirdə DQİDK-nin nümayəndəsi, bələdiyyə sədrləri, yerli icra nümayəndələri, orta məktəb müəllimləri, 5-dən çox orta məktəb direktorları, dini icma nümayəndələri və KİV-nümayəndələri iştirak edirdi.

Daha sonra ilahiyyatçı ekspert Müşfiq Nəcəfov iştirakçılara lazımlı məlumatlar verərərk ətraflı çıxışlar etdi.

Tədbiri yekun sözü ilə bağlayan rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir Kərimov öz tövsiyyələrini verdilər