26.05.2016

“Gənc xilasedici və yanğınsöndürən”  V Ümumrespublika yarışının zona turu keçirilmişdir.

26 May 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Yevlax  Regional bölməsində “Gənc xilasedici və yanğınsöndürən”  V ümumrespublika yarışının zona turu keçirilmişdir.

Yarışda Yevlax rayonu ilə yanaşı 10 rayonun məktəblilərindən ibarət komandalar iştirak etmişdir. Hər rayondan bir komanda, hər komandadan isə 7 nəfər olmaqla ümumilikdə 70 nəfərə yaxın X, XI  sinif şagirdəri bu yarışmanın iştirakçısı olmuşdur.

Yarışda Mingəçevir şəhər məktəbliləri I, Göyçay şəhər məktəbliləri isə II yerə layiq görülmüşdür.

Qalib komandalar Qəbələ rayonunda keçiriləcək Ümumrespublika yarışlarında iştirak edəcəklər.