31.05.2016

Şəhər 5 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb əlaqələri” mövzusuna həsr edilmiş konfrans keçirildi.

            31.05.2016- ci il tarixində  S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb əlaqələri” mövzusuna həsr edilmiş konfrans keçirildi.

Məktəb müəllimlərinin, valideynlərin və müxtəlif sahə üzrə mütəxəssislərin, həmyerlimiz Milli Qəhrəman Fariz Mədətovun dəvətli olduğu konfransı direktor Zərxanım Əhmədova açdı və məruzə ilə çıxış etdi.

Məktəbin rəhbəri ilk olaraq iştirakçıların diqqətinə  konrfansın keçirilməsini zəruri edən məqsədi çatdırdı. Bildirdi ki, hədəf valideynləri məktəbin həyatında daha yaxından iştiraka cəlb etmək, valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsi işinin əsasını qoymaq, məktəb-valideyn münasibətlərini daha da sıxlaşdırmaq üçün birgə yollar axtarmaq, valideynlərin müvafiq tövsiyələrini dinləmək, bu münasibətləri sistem halına salmaq  üçün məktəbdaxili qurum yaratmaqdır.

Daha sonra məktəbin cəmiyyətin inkişafındakı rolundan danışan Z.Əhmədova  bu zaman müəllim, valideyn və şagirdin üzərinə düşən vəzifələrdən də söz açdı: -Bu gün təhsilə yanaşma ötən dövrlərdən tamamilə fərqlənir. Bu günün valideyni özünü məktəbin tamhüquqlu üzvü hesab etməli, təhsil ocağının fəaliyyətinə yaxından qoşulmalı, onun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərini verməli, müvafiq köməkliyini göstərməlidir. Valideyn-məktəb əlaqələri yenilənməlidir. Müəllim kollektivi valideynlərə dəstək olmalıdır.