Həmid Şiraslan oğlu Qasımov
Müdir
Qasımov Həmid Şiraslan oğlu 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin fizika, 2014-2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr təhsili alıb.
2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində təhsil idarəçiliyi üzrə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.
2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
2008-ci ildən ümumtəhsil müəssisəsində pedaqoji fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr şöbəsində çalışıb.
2021-2024-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.
2024-cü ilin fevral ayından Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyib.
Azərbacan Respublikası elm və təhsil nazirinin əmri ilə Həmid Qasımov 2025-ci il 22 aprel tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.