Cavad Alı oğlu Cavadov

 

Müdir müavini

 

Cavadov Cavad Alı oğlu 10 yanvar 1982-ci ildə Göyçay rayonu Qarayazı kəndində anadan olub.

2001-2006-cı illərdə Bakı Dövlət Universitetinin tarix, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixin tədrisi metodologiyası və metodikası ixtisasını magistratura səviyyəsi üzrə bitirib.

2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb, Göyçay rayonu Qarayazı kənd tam orta məktəbində tarix müəllimi olaraq işləyib. Həmçinin 2011-ci ildən təhsil sahəsində müxtəlif layihələr üzrə təlimçilik fəaliyyəti göstərib.

2019-2022-ci illərdə Göyçay rayonu Potu kənd M.Məmmədov adına tam orta məktəbin direktoru, 2022-2023-cü illərdə isə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Cavad Cavadov 2023-cü ilin 25 iyul tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.