Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin layihələrinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibat və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.
Tələb olunan xidmətlər: İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri.
• Azərbaycan dili (tədris dili kimi)
• Riyaziyyat
• Həyat bilgisi
• Русский язык (как язык обучения)
• Математика
• Познание мира
Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi
Xidmətin icra müddəti: 30.12.2017-cı il tarixədək
Namizədlərə verilən tələblər:
1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.
2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji təcrübəyə malik olmalıdır.
3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.
Müraciət forması: Müraciət edən şəxslər qiymətləndirmək istədiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.05.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilərlər.
Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan qiymətləndirmək istədiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.
Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar:
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova
Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126)
E-poçt: aynure.hesenova@edu.gov.az