Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və tam orta məktəblərdə vakant olan psixoloq vəzifələri üzrə işə qəbul elan edir.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 03-13 mart 2023-cü il tarixlərində https://bit.ly/3yoy13T linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 4 mərhələdən (elektron sənəd qəbulu, test, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
Psixoloq vəzifəsi üzrə tələblər:
Təsərrüfat müdiri vəzifəsi üzrə tələblər:
Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə tələblər:
Qeyd edək ki, tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə müvafiq vəzifə üzrə, eyni zamanda məntiqi təfəkkürün yoxlanılması və dünyagörüşü üzrə suallar təqdim ediləcək.
Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Əlavə olaraq qeyd edək ki, müsahibənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər 6 (altı) ay müddətində ehtiyat kadrlar siyahısına daxil ediləcəklər.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri və eyni zamanda müsabiqə proqramı ilə tanış ola bilərsiniz:
Keçid linki:
Təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini