17.08.2023

Mərkəzi Aran Regional Təhsil İdarəsi kompüter operatoru vəzifəsi üzrə müsahibə elan edir

Mərkəzi Aran Regional Təhsil İdarəsi strukturuna daxil olan Yevlax rayonu üzrə təsərrüfat istismar qrupunun kompüter operatoru vəzifəsi üzrə müsahibə elan edir.

 

Tələblər:

MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;

Kompüterin texniki istismar qaydalarını bilmək; 

Ünsiyyət bacarığı və kollektiv ilə işləmə bacarığı.

 

Əmək haqqı: 398 Azn

 

Müsahibədə ümumi orta, orta ixtisas və ali təhsilli olan (əmək stajına tələb qoyulmadan) şəxslər iştirak edə bilərlər.

 

Müsahibədə iştirak etmək istəyən şəxslər 23 avqust 2023-cü il tarixədək aşağıdakı tələb olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasına (ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti 95) təqdim etməlidirlər:

 

Şəxsiyyət vəsiqəsinin surəti;

Müvafiq təhsil haqqında sənədin və əlavənin surəti;

Əmək kitabçısının surəti (olduğu halda).


Açar sözlər: