17.10.2023

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər üçün yenidən elan verilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 18 oktyabr tarixindən 20 oktyabr 2023-cü il tarixinədək yerli rayon (şəhər) üzrə təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.

 

Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.

 

Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.

 

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər 2023/2024-cü tədris ili başladıqdan sonra yaranmış yerlərdir.

 

Vakansiyalarla bağlı keçid linki:

 

https://ref.az/Bg5EbD

 


Açar sözlər: ,  ,