Mərkəzi Aran Regional Təhsil İdarəsi strukturuna daxil olan Maliyyə-iqtisadiyyat sektorunun nəzdində fəaliyyət göstərən Yevlax və Göyçay rayonları üzrə Mərkəzləşdirilmiş mühasibatlığında vakant olan mühasib/aparıcı mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Müsabiqə 3 mərhələdən (sənəd qəbulu və yoxlanılması, test imtahanı və müsahibə) ibarətdir.
Vəzifənin tutulma tələbləri:
- Əmək stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta və ali ixtisas təhsilli;
- Tam orta təhsilli və müvafiq proqram əsasında xüsusi hazırlıq sertifikatı olan, eyni zamanda müvafiq iş üzrə 3 ildən az olmayaraq əmək stajı
Müsabiqədə iştirak etmək istəyən şəxslər 09 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixindək aşağıdakı tələb olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasına (ünvan: Yevlax şəhəri H.Əliyev prospekti 95) təqdim etməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Müvafiq təhsil haqqında sənədin (diplomun) və əlavənin surəti;
- Müvafiq proqram əsasında xüsusi hazırlığı təsdiq edən sənədin surəti;
- Əmək kitabçasının surəti (olduğu halda).
Əmək haqqı:
Mühasib - 559 Azn
Aparıcı mühasib – 566 Azn
Qeyd edək ki, müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilən namizədlər gələcəkdə müvafiq vəzifə üzrə vakant yer yarandığı halda həmin vəzifəyə işə qəbul olunması nəzərə alınacaqdır.